Danimarkanın xarici işlər naziri Jeppe Kofod sentyabrın 1-də Ukrayna paytaxtına səfər edib.
"Unikal" xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində məlumat yayıb.
"Danimarkanın Ukrayna xalqına sarsılmaz dəstəyini vurğulamaq üçün gözəl Kiyevə gəlməkdən xoşbəxtəm", - Kofod yazıb.
Nazir həmçinin qeyd edib ki, Danimarka artıq Ukraynaya 400 milyon avrodan çox hərbi yardım edib və bu, daha çox olacaq.