Rusiya Federasiyası Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməyib, əksinə, suverenliyini möhkəmləndirib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib.
"Rusiya xüsusi əməliyyatın başlamasına görə heç nə itirməyib və itirməyəcək, lakin suverenliyini möhkəmləndirib”, - o , vurğulayıb.
Putin Rusiya tərəfinin Ukraynada hərbi əməliyyatlara başlamadığını da xatırladıb. Onun sözlərinə görə, hərbi əməliyyat Ukrayna tərəfindən hələ 2014-cü ildə başlayıb və Rusiya Federasiyası bunu bitirməyə çalışır.
Gülayə Mecid