Nikol Paşinyanın aylar əvvəl İcevan-Noyemberyan avtomobil yolundan yerli kilsənin həyətinə köçürülən heykəlinin başını beşinci dəfədir ki, qoparıblar.
"Unikal" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
"Yerli hakimiyyət orqanları və iş adamları bu heykəlin bərpa ediblər. Hər dəfə Nikol Paşinyanın heykəli qırılanda elə sürətlə təmir edirlər ki, guya erməni millətinin taleyi həmin heykəldən asılıdır. Bununla yanaşı, bir daha bu hadisənin təkrarlamaması üçün heykəlin yanında bir neçə kamera quraşdırılıb", - nəşr qeyd edib.