Rusiya Avropa İttifaqının yüksək səviyyəli hərbi rəhbərlərini persona non qrata elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında qeyd olunub.
Bundan əlavə, məhdudiyyətlər hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşlarına, eləcə də Ukraynaya arsenal tədarükü ilə məşğul olan silah və hərbi texnika istehsalı üzrə Avropa təşkilatlarının nümayəndələrinə şamil olunub.
XİN-dən bildirilib ki, Rusiyaya qarşı hər hansı qeyri-dost hərəkətlərə sərt cavab verəcək.
Ağarza Elçinoğlu