Sakit Okeanın Papua-Yeni Qvineya sahillərində 7,6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi məlumat verib.
Zəlzələ Kainantu bölgəsində qeydə alınıb. Zəlzələdən sonra Papua-Yeni Qvineya və İndoneziya sahillərində sunami xəbərdarlığı edilib, lakin sonradan xəbərdarlıq ləğv edilib.