Almaniyanın ən böyük heroin partiyası aşkar edilib.
"Unikal" xəbər verir ki, heroinin mənşəyi İrandır.
İrandan narkotik alveri ilə məşğul olan dəstə ilə əlaqəsi olan 4 nəfər Almaniya və Hollandiyada həbs edilib. Rəsmilərin məlumatına görə, saxlanılanlardan biri iranlıdır. Reuters-in məlumatına görə, prokurorlar sentyabrın 9-da bildiriblər ki, polis qaçaqmalçı dəstəyə qarşı apardığı əməliyyat zamanı təxminən 700 kiloqram heroin müsadirə edib. Bu, Almaniyada aşkar edilmiş ən böyük heroin partiyasıdır.
Hollandiyada tutulan şəxslərdən birinin 35 yaşlı iranlı olduğu bildirilir.