Livanın paytaxtı Beyrutda bank müştərisi dondurulmuş pullarına almaq üçün ofisə oyuncaq silahla basqın edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, gənc qadın qısa zamanda bankın əməkdaşlarını girov götürüb və 20 min dollarlıq əmanətindən 12 min dollar və min Livan funtunu çıxarmağı bacarıb.
Lakin əraziyə sövq edilən təhlükəsizlik xidməti qadını bankın yaxınlığında saxlayıb. Onun barəsində araşdırma aparılır.
Gülayə Mecid