Polşa İkinci Dünya Müharibəsi zamanı vurduğu ziyana görə təkcə Almaniyadan deyil, Rusiyadan da müharibənin təzminatını tələb etməlidir.
"Unikal" xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda “Wprost” nəşrinə müsahibəsində bildirib.
"Almaniya İkinci Dünya Müharibəsini başlatdı və Polşaya hücum etdi. Təbii ki, Rusiya da sonradan bu müharibəyə qoşuldu. Ona görə də hesab edirəm ki, biz də Rusiyadan təzminat tələb etməliyik", - Duda bildirib.
Gülayə Mecid