Ötən gün İrəvanda baş verənlər dövlət çevrilişinə cəhd idi.
"Unikal" xəbər verir ki, bunu sentyabrın 15-də Ermənistan parlamentində hakim "Mülki müqavilə" fraksiyasından olan deputat Gevork Papoyan deyib.
O, həmçinin qeyd edib ki, bir neçə halın şahidi olub ki, bu da ötən axşam baş verən hadisələrin yaxşı təşkil olunduğunu söyləməyə imkan verir.
"İrəvandan kəndlərə və şəhərlərə zənglər edilib, guya torpaqlar icarəyə verilib, paytaxta gəlmək çağırışları olunub ki, sənədlər imzalanıb. Mütəşəkkil proses olub, nəticədə insanlar aldadılıb", - deputat deyib.
Ağarza Elçinoğlu