İngiltərənin keçmiş futbol kapitanı David Beckham, Kraliça II. Elizabetin tabutunun yanından keçmək üçün Londonda böyük növbələrə qoşulub.
"Unikal" xəbər verir ki, keçmiş Mançester Yunayted və Real Madrid yarımmüdafiəçisi və Amerika Böyük Futbol Liqası İnter Mayami komandasının hazırkı sahibi, növbəyə saat 2.15-də (0115 GMT) qoşulduğunu söyləyib.
47 yaşlı Bekhem ehtiramını bildirmək üçün növbəyə dayanarkən tünd rəngli sadə papaq, kostyum və qalstukda görüntülənib.
"Hamımız burada birlikdə olmaq istəyirik, kraliçamızın heyrətamiz həyatını qeyd etdiyimiz bir şey yaşamaq istəyirik. Bu gün belə bir şey birlikdə paylaşılmalıdır".