Rusiya ordusu Cənubi Ukrayna Atom Elektrik Stansiyasının sənaye zonasına raket zərbəsi endirib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
“Cənubi Ukrayna AES-in reaktorlarından cəmi 300 m aralıda güclü partlayış baş verib. Zərbə dalğası AES-in binalarına ziyan vurub, 100-dən çox pəncərə sındırılıb. Cənubi Ukraynanın enerji kompleksinə daxil olan Oleksandrivskaya SES-in hidroaqreqatlarından biri fəaliyyətini dayandırıb. Üç yüksək gərginlikli elektrik verilişi xətti də kəsilib”, - məlumatda deyilir.
Bildirilir ki, hazırda Cənubi Ukrayna AES-in hər üç enerji bloku normal rejimdə işləyir. Stansiya əməkdaşları arasında itki yoxdur.