Ukraynadakı rusiyapərəst separatçıların nəzarəti altında olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarında eləcə də Xerson və Zaporojya vilayətlərində keçirilən referendumlar cəfəngiyyatdır.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.
Zelenski Rusiyanın heç bir cinayət əməlinin Ukrayna üçün heç nəyi dəyişməyəcəyini deyib.
Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini və xalqların birgəyaşayışının əsas prinsiplərini tanıdıqlarını qeyd edən Zelenski Ukraynada, Avropada və dünyada normal həyatı qorumaq üçün fəaliyyətlərini davam etdirəcəklərini bildirib.
Seymur Əli