Avropa İttifaqının energetika nazirləri bu gün Brüsseldə enerji qiymətlərinin artması ilə bağlı növbədənkənar iclas keçirib.
"Unikal" xəbər verir ki, görüşdən sonra nazirlərin elektrik enerjisinin kəsilməsi və enerji şirkətlərinə tətbiq olunacaq vergilərlə bağlı razılığa gəldiyi açıqlanıb.
Əldə edilən razılaşma ilə Aİ artan enerji ödənişlərinin qarşısını almaq üçün ilk təcili tədbirlər paketini təsdiqləyib. Paketin yekun təsdiqi gələn həftə gözlənilir.
Avropa İttifaqının (Aİ) energetika nazirləri bu gün səhər Brüsseldə fövqəladə iclas keçirərək, artan enerji qiymətlərini müzakirə ediblər. Avropa Birliyinə bağlı 27 ölkənin enerji nazirləri günün ən sıx saatlarında tətbiq olunacaq elektrik enerjisinin kəsilməsi və enerji şirkətlərinə gətiriləcək vergilər kimi təklifləri müzakirə ediblər.
Qeyd edək ki, Ukrayna müharibəsinin başlamasından və Avropa ilə Rusiya arasında artan gərginlikdən sonra başlayan Enerji Böhranı Avropanı son illərin ən pis kabusu ilə üz-üzə qoyub. Həm enerji resurslarının qıtlığına, həm də artan enerji qiymətlərinə çarə tapmağa çalışan Avropa, Rusiya prezidenti Putinin qitəyə gedən qazı əhəmiyyətli dərəcədə azaltması ilə “sərt qışa” hazırlaşır.
Gültəkin Ələsgər