Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, xarici siyasətçilər Rusiya prezidenti Vladimir Putinin ölkəyə dörd yeni ərazinin qəbulu mərasimindəki çıxışını oxumalıdırlar.
"Unikal" xəbər veirr ki, o, bu barədə "Zvezda" telekanalına müsahibəsində bildirib.
Diplomatın fikrincə, dövlət başçısının bu çıxışına göz yummaq olmaz.
“Biz artıq xaricdəki bütün səfirlərimizə tapşırmışıq ki, bunu geniş şəkildə yaysınlar, BMT , ATƏT və digər beynəlxalq təşkilatların sənədləri kimi dərc etsinlər. Və həqiqətən də ümid edirəm ki, ciddi siyasətçilər bunu “A”dan “Z”yə oxuyacaqlar”, – diplomat bildirib.
O, Rusiya liderinin nitqindən sonra onlar üçün çox şey olduğuna diqqət çəkib: “Əgər başqası nəyisə başa düşməyibsə, bu, tamamilə aydın olmalıdır”.
Daha əvvəl Putin bu mərasimdə çıxışı zamanı demişdi ki, Rusiya diktə və despotizm olmadan azad inkişaf yolu uğrunda mübarizə aparır. O, həmçinin Ukraynanı atəşi dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb .
Gültəkin Ələsgər