Böyük Britaniyada 50 mindən çox işçinin iştirak etdiyi dəmiryolu tətili başlayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, dörd həmkarlar ittifaqının üzvləri maaş və iş şəraiti ilə bağlı uzun müddət davam edən mübahisə fonunda tətil keçirməyə qərar verib.
Bu tətilə görə qatar xidmətlərinin yalnız 11 faizi işləyir və Böyük Britaniyanın əhəmiyyətli bir hissəsinə xidmət göstərilmir.
İşçilər oktyabrın 5 və 8-də yeni dəmir yolu tətilləri keçirməyi planlayır.