Rusiya Prezidenti Vladimir Putin sabah Təhlükəsizlik Şurasının müşavirəsini keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Vladimir Putinin bazar ertəsi Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcəyini söyləyib: "Gələn iş həftəsi üçün digər tədbirlər - enerji forumu və seçilmiş regionların rəhbərləri ilə görüş də nəzərdə tutulub. Bundan əlavə, Putin MDB və Rusiya-Mərkəzi Asiya liderlərinin sammitlərinin planlaşdırıldığı Astanaya səfər edəcək".