Almaniyanın xarici işlər naziri Annalena Berbok İranla bağlı çağırış edib.
"Unikal" xəbər verir ki, o etirazçılara qarşı vəhşiliyə görə məsuliyyət daşıyan İran hakimiyyətini Aİ-yə giriş qadağası və aktivlərinin dondurulmasına çağırıb:
“Biz Aİ-nin bu qəddar repressiyaya görə məsuliyyət daşıyanlara giriş qadağası qoymasını, habelə onların Aİ-dəki aktivlərini dondurmasını təmin edəcəyik”.