Pakistanın paytaxtı İslamabadda böyük ticarət mərkəzində yanğın baş verib.

"Unikal" xəbər verir ki, restoranların yerləşdiyi üçüncü mərtəbədə başlayan yanğının qısa müddətdə birinci mərtəbəyə keçdiyi bildirilib.

“Centaurus” ticarət kompleksinin ərazisindəki insanlar təxliyə olunub.

Məlumata görə, hadisə yerinə gələn yanğınsöndürənlər alovu lokallaşdırmağa çalışırlar.

Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.