“Fransadakı erməni diasporunun bir hissəsi Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinin əleyhinədir”.
"Unikal" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda türk icmasının nümayəndələri ilə görüşündə deyib.
Çavuşoğlu qeyd edib ki, bəzi diaspor erməniləri yaxşı münasibətlərin qurulmasının əleyhinədir və düşmənçiliyi dəstəkləyir. Nazir Fransada yaşayan soydaşlarını belə təzahürlərə qarşı mübarizəyə çağırıb.
Gültəkin