Avstriyanın hazırkı dövlət başçısı Aleksandrr Van der Bellen prezident seçkilərində 50%-dən çox səs toplayıb və ikinci müddətə yenidən seçilib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi "exit-poll"lara istinadən məlumat yayıb.
SORA adlı təşkilatın sorğusu göstərir ki, Van der Bellen 54,6% səs toplayıb.
Onun rəqibi ifrat sağçı, Azadlıq Partiyasının namizədi Valter Rosenkrantz 18,9% səs yığıb. Prezident postu uğrunda daha beş namizəd mübarizə aparıb.
Qeyd edək ki, Alexander Van der Bellen 2017-ci ildən prezident vəzifəsini icra edir. Avstriya parlament respublikası olsa da, prezident xalq tərəfindən seçilir. Prezidentin vəzifə müddəti altı ildir.