ABŞ prezidenti Cozef Bayden Almaniya kansleri Olaf Şoltz ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, Ağ Evin saytında bildirilən məlumata görə, tərəflər Ukraynadakı vəziyyəti və enerji bazarlarını müzakirə ediblər.
Liderlər öz növbələrində Rusiyanın qəddar hərəkətlərinə görə cavab verməli və Ukraynaya təhlükəsizlik və iqtisadi yardım göstərmək öhdəliyini ifadə ediblər: "Almaniya kansleri Olaf Şoltsla ABŞ Prezidenti Cozef Bayden telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi haqqında razılığa gəliblər".
Ağarza Elçinoğlu