Rusiya ilə dörd Qərb ölkəsi arasında olacaq danışıqlar İstanbulda keçirilə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə - Avropa İttifaqı parlament komitəsinin sədri İsmayıl Emrah Karayel bildirib.
Onun sözlərinə görə, Türkiyə regionda gərginliyi azaltmaq və bir sıra beynəlxalq problemlərin həllinə nail olmaq istəyir və buna çalışır: "Biz güman edirik ki, İstanbul danışıqlar məkanına çevrilə bilər - əlbəttə ki, tərəflər razılaşarsa. İstanbul bütün tərəflər üçün məqbul məkana çevrilə bilər".
Daha öncə bildirilib ki, Türkiyə Ukraynadakı vəziyyətlə bağlı Rusiya və Qərb arasında danışıqlar təşkil etməyi planlaşdırır.
Ağarza Elçinoğlu