Oktyabrın 10-da Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb.

"Unikal" xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, təlimlərin rəsmi açılış mərasimi Gürcüstanın Muxrovani şəhərində baş tutub.