"Azərbaycanın torpaqları ATƏT-in Minsk qrupu üçlüyünün səyləri nəticəsində işğaldan azad olunmayıb. Onlar 30 il ərzində konsensusa gələ bilmədiklərini deyirdilər".
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, indi də Ermənistanla Azərbaycan sərhədinə müşahidəçi göndərmək qərarı yenə işğalçını dəstəkləmək səyləridir və bu məsələdə Azərbaycanın fikri nəzərə alınmayıb.
"Qarabağ probleminin 30 il ərzində həll olunmaması da məhz 3 həmsədrin birtərəfli olması, işğalçını dəstəkləməsi ilə bağlı olub", - nazir bildirib.