"Ukrayna döyüşçüləri Xerson vilayətində böyük qələbə qazanma prosesindədir". 

"Unikal" xəbər verir ki, bunu Amerika Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb.  

Bildirilir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin rus işğalçıları üzərində son qələbəsi olmayacaq.

"Ukraynanın təşəbbüsü var və Xersonda böyük qələbəni təmin etmək prosesindədir. Atəşkəs Kremlə Rusiya qüvvələrini bərpa etmək üçün çox ehtiyac duyduğu fasilə verəcək. Ukraynanın Xerson vilayətində davam edən böyük qələbəsi sonuncu olmayacaq", - deyə məlumatda qeyd olunub.  

Həmçinin,  son sutka ərzində Ukrayna Silahlı Qüvvələri Xersonun şimal-qərb, qərb və şimal-şərqində uğur qazanıb, bəzi ərazilərdə 7 km-ə qədər irəliləyib. 

Analitiklərin fikrincə, rus qoşunlarının geri çəkilməsi yaxın günlərdə və ya həftələrdə Xerson vilayətinin Dnepr çayına qədər azad edilməsinə imkan verəcək.

"Rusiya qoşunlarının çıxarılması bir qədər vaxt aparacaq və döyüşlər bütün Xerson vilayətində davam edəcək, çünki Ukrayna qoşunları irəliləyərək, xüsusən də Xerson şəhəri ətrafında əvvəlcədən hazırlanmış Rusiya müdafiə xətləri ilə üzləşir”, - Müharibə Araşdırmaları İnstitutu yekunlaşdırıb.

Gülayə  Mecid