Macarıstanın baş naziri Viktor Orban “Drujba” neft kəmərinin bağlanması ilə əlaqədar Təhlükəsizlik Şurasını çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə hökumət nümayəndəsi məlumat verib.

“Drujbadan neft axınının dayandırılmasına və Polşa ərazisinə raket hücumuna cavab olaraq, baş nazir Viktor Orban təhlükəsizlik şurasını çağırıb”- deyə hökumət rəsmisi bildirib. 

Daha əvvəl bildirilmişdi ki, Polşa Avropa İttifaqından “Drujba” boru kəməri ilə neft nəqlinə sanksiyalar tətbiq etməyi xahiş edir ki, Varşava əvvəllər bağlanmış müqavilələrə vaxtından əvvəl xitam verdiyinə görə Rusiyaya cərimə ödəməli olmasın .

O xatırladıb ki, Varşava Rusiyadan gələn neftdən yalnız bu ilin sonuna qədər “istifadə etməyi öhdəsinə götürüb”.

Söhbət Drujba neft kəmərinin şimal qolundan Polşaya tədarük olunan neftdən gedir.