İranda etirazların ilk günündən indiyə qədər 58 uşaq öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İran hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində ölənlərdən 46-ı oğlan, 12-i qızdır. Onlardan 5-i azyaşlıdır.
Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məsiha Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranın bütün şəhərlərini kütləvi aksiyalar bürüyüb.