Suriyanın Kobani bölgəsindən Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 7 raket atılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. 

Məlumata görə, raketlərdən biri rayondakı Kocatəpə ibtidai məktəbinə düşüb. Hadisə nəticəsində 3 nəfər şəhid olub, 10 nəfər yaralanıb. 

Ağarza Elçinoğlu 

xxx

13:28

Türkiyənin Qaziantep əyaləti Suriya ərazisindən növbəti dəfə raket atəşinə tutulub.

"Unikal" xəbər verir ki, bu barədə Qaziantep valisi Davud Gül məlumat verib. O bildirib ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Məlumata əsasən, Karkamış şəhərinə Suriya ərazisindən 5 raket atılıb.

Xatırladaq ki, Türkiyə ordusu ötən həftə sonu Suriyanın şimalında "Pəncə Qılınc" antiterror əməliyyatına start verib.