Madriddə ifrat sağçı "Vox" partiyasının təşkil etdiyi minlərlə insanın iştirakı ilə hökumət əleyhinə etiraz aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, etirazçılar İspaniyanın baş naziri Pedro Sançesin istefasını tələb ediblər.

Etirazçılar hesab edirlər ki, Sançes hökuməti ölkə sakinlərini iqtisadi böhrandan, malların, elektrik enerjisinin və yanacağın bahalaşmasından xilas edə bilmir.

Polisin hesablamalarına görə aksiyada 30 minə yaxın adam iştirak edib, lakin təşkilatçılar 80 mindən çox nümayişçinin toplaşdığını bildiriblər.