"Energoatom NAEC"in prezidenti Petro Kotinin sözlərinə görə, rus hərbçiləri Zaporojye AES-in ərazisini tərk etməyə hazırlaşırlar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir  ki, bundan sonra  Kremlin mətbuat katibi Dmitri Peskov "Energoatom NAEC" prezidenti Petro Kotinin rus hərbçilərinin Zaporojye Atom Elektrik Stansiyasının ərazisindən çıxarılmasına hazırlıqla bağlı bəyanatını təkzib edib.

Bununla yanaşı, Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, ruslar Zaporojye AES-i öz nəzarətlərində saxlaya bilməyəcəklər.