Rusiya qış mövsümündən Ukraynaya qarşı silah kimi istifadə edir və Ukraynanın elektrik şəbəkəsinə, qaz infrastrukturuna və əhali üçün əsas xidmətlərə hücumu davam etdirəcək.

"Unikal" xəbər verir ki, bunu NATO-nun baş katibi Stoltenberq bildirib. O, qeyd edib ki, Rusiya qış mövsümündən Ukraynaya qarşı silah kimi istifadə etməyə çalışır.

Rusiya tərəfindən Ukraynaya qarşı daha çox hücumların olacağını və buna hazır olmaları lazım olduğunu bildirən Stoltenberq, “Qış mövsümünə girdiyimiz zaman Ukraynanın enerji infrastrukturuna hücumların həyata keçirilməsi prezident Putinin hazırda qış fəslindən istifadə etməyə çalışdığını göstərir. Qış Ukraynaya qarşı müharibə silahıdır”.

Stoltenberqlə mətbuat konfransında iştirak edən Rumıniya prezidenti Klaus İohannis Madrid sammitində " alyansın şərq cinahında NATO əsgərlərinin və hərbi texnikasının artırılması" qərarının ən qısa zamanda qüvvəyə minməsi lazım olduğunu bildirib.

İohannis Qara dəniz bölgəsinin dəstəyə ehtiyacı olduğunu da qeyd edib. 

Gültəkin Ələsgər