Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Polşada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Cozef Borel şəxsən məlumat verib.

Xatırladaq ki, bu gün, dekabrın 1-də Polşanın Lodz şəhərində təşkilata üzv olan 57 ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyası başlayıb.

Ağarza Elçinoğlu