Litva Xarici İşlər Nazirliyi Rusiyanın Vilnüsdəki səfirliyinin əməkdaşlarından birini “arzuolunmaz şəxs” elan edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun saytına məlumat yerləşdirilib.
Səfirlik əməkdaşının diplomatik statusa uyğun olmayan fəaliyyətinə görə Litvanı 5 gün ərzində tərk etməsi tələb olunub.