İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, bu gün saat 13:00 radələrində Şəki rayon sakini 1986-cı il təvəllüdlü Yusibov Eltun Yaşar oğlunun idarə etdiyi "Mercedes Vita" markalı sərnişin mikroavtobusu Şəki-Bakı marşurutu üzrə hərəkət edərkən sürücü idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı sürücü Eltun Yusibov və sərnişinləri, 1974-cü il təvəllüdlü Manafov Sərdar Müzəffər oğlu, 1962-ci il təvəllüdlü Rəsulova Nurlanə İzzət oğlu, 1980-ci il təvəllüdlü Nağıyeva Xəyalə Bəkir qızı, 1988-ci il təvəllüdlü Rəsulova Çinarə Rafiq qızı, 1985-ci il təvəllüdlü Mustafayev Sadəddin Hüseynəli oğlu, 1962-ci il təvəllüdlü Əmrahov Əmrah Şakir oğlu, 1965-ci il təvəllüdlü Aslanov Eldar Salam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elton Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Şahnəzər Bəşirov