Qazaxda 2 nəfərin  ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Ağköynək kəndinin girişində  qeydə alınıb. Hərəkətdə olan minik maşını yoldan çıxaraq açıb. Qəza zamanı sürücü və sərnişin hadisə yerində ölüb. Ölənlər 1982-ci il təvəllüdlü  Kamil Qaragözov və 1981-ci il təvəllüdlü  Rəşad Vəliyevdir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov