Saxta pul dövriyyə edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, Nizami rayonunda Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məftun Musayev saxlanılıb. Ondan heroin və 5 ədəd 100 manatlıq, 4 ədəd isə 20 manatlıq saxta əskinaslar aşkarlanıb. O da məlum olub ki, dekabrın 6-da bir mağazada satıcıya 1 ədəd 100 manatlıq saxta əskinas verib.
Faktla bağlı araşdırma aparılır.