Almaniya İranın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
"Unikal" AFP-yə istinadən xəbər verir ki, səfirin çağırılmasına səbəb iğtişaşlar zamanı həbs edilənlərdən biri olan Möhsün Şəkərinin edam edilməsi ( 8 dekabr) olub.
Bu hökmün icrasından sonra Almaniyanın xarici işlər naziri Analena Berbuk dünən öz "Twitter" səhifəsində yazıb: "Möhsün Şəkəri hökumətə qarşı çıxdığı üçün vicdansız şəkildə məhkum olunaraq və edam edilib. Lakin edam təhlükəsi xalqın azadlığa nail olmaq istəyini boğmayacaq".
Ağarza Elçinoğlu