Kürdəmirdə fermada yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Çöhranlı kəndində fermanın ərazisində ümumi sahəsi 400 m² olan tövlənin tavanı 130 m² sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.