“Qobu Park-2” yaşayış kompleksində binada baş verən yanğın söndürülüb. 

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə, Qaradağ rayonu,  “Qobu Park-2” yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsinə qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-nin qüvvləri tərfində umumilikdə 50 nəfər təxliyə olunub.

***

10:54

 

“Qobu Park-2” yaşayış kompleksində binada yanğın başlayıb. 

"Unikal" xəbər verir ki, yanğın yaşayış kompleksinin 12-ci binasının ikinci blokunda qeydə alınıb. Alov binanın 3-cü mərtəbəsində başlayıb. Hazırda əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunublar. Alovun söndürülməsi istiqamətində iş aparılır.