Bakı şəhərinin Binəqədi rayonunda “Uzun Ömür Süd Məhsulları" MMC-nin ərazisində ümumi sahəsi 80 m² olan tikilinin dam örtüyünün taxta atmaları, içərisində bir ədəd transformator, bir ədəd generator və əşyalar (şüşə qablar, plastik taralar və.s) yanıb, bitişik ümumi sahəsi 100 m² olan talvarın lambirdən ibarət tavanı əriyib.
"Unikal" xəbər verir ki, ərazidə olan digər sexlər və anbar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.