Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.