ABŞ-ın yüksək rütbəli nümayəndə heyəti prezident Co Baydenin çinli həmkarı Xi Jinping ilə son danışıqlarını və dövlət katibi Entoni Blinkenin gələn ilin əvvəlində Pekinə səfərinə hazırlıqları izləmək üçün gələn həftə Çinə səfər edəcək.
"Unikal" xəbər veir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink və Milli Təhlükəsizlik Şurasının Çin və Tayvan üzrə baş direktoru Laura Rosenberger dekabrın 11-dən 14-dək Çin, Cənubi Koreya və Yaponiyaya səfər edəcəklər.
Noyabrın ortalarında G20 İndoneziya sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin prezidenti Xi Jinping gərgin ABŞ-Çin münasibətlərinin yeni Soyuq Müharibəyə çevrilməsinin qarşısını almaq məqsədi daşıyan görüş çərçivəsində Tayvan və Şimali Koreya ilə bağlı danışıqlar aparıb.
Dövlət Departamenti bildirib ki, nümayəndə heyətinin səfəri “ölkələrimiz arasında rəqabəti məsuliyyətlə idarə etmək və potensial əməkdaşlıq sahələrini araşdırmaq üçün” sözügedən görüşdən sonra olacaq və həmçinin Blinkenin səfəri üçün zəmin yaradacaq.