Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Braziliya Futbol Federasiyasına (CBF) komandanın emblemindəki beş ulduzdan üçünün Braziliya millisinin sabiq hücumçusu Pelenin şərəfinə üç ürəklə əvəz edilməsini təklif edib.
"Unikal" xəbər verir ki, bunu bazar günü CONMEBOL-un rəhbəri Alexandro Dominqes deyib.
“İdeya Pelenin milli komanda ilə qazandığı üç dünya titulunu vurğulamaq və doğma şəhəri Tres Korasoynsu şərəfləndirməkdir. Biz bu təklifi CBF-yə oan görə təqdim edirik ki, Pele həmişə Braziliya millisinin formalarında yaşasın”, Dominqes bildirib.
Qeyd edək ki, Braziliya millisinin emblemində dünya çempionatlarında (1958, 1962, 1970, 1994, 2002) rekord beş qələbənin simvolu olan beş ulduz təsvir edilib. Tres Korakoynsda (portuqal dilindən tərcümə “Üç ürək” - red.) anadan olan Pele futbolçu kimi 3 dəfə (1958, 1962, 1970) çempion olub.