Dekabrın 13-də saat 18 radələrində Masallı rayonunun Banbaşı kəndi ərazisində rayon sakinləri Yadigar Cəlilovun idarə etdiyi "VAZ-21011" markalı və Q.Məmmədlinin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

DİN-dən "Unikal"a verilən məlumata görə, nəticədə Y.Cəlilov hadisə yerində ölüb, "VAZ 21011" markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.