Sabirabadda sürücü avtomobili təmir edərkən başına dəmir parçası düşüb, ağır xəsarət alıb.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Nərimankənd kənd sakini, 1984-cü il təvəllüdlü Həsənov Elvin Kamil oğlu idarə etdiyi avtomobilin təkərini təmir edərkən, təkərdən çıxan dəmir parçası başına zərblə çırpılıb. Başının sağ hissəsi parçalanmış yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki nevroloji xəstəxanaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.