Cəlilabad rayonunun Sabirabad kəndində ümumi sahəsi 324 m² (hər mərtəbəsi 162 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, içərisindəki əşyalar 60 m² sahədə və dam örtüyü yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.