Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsinin imzalanması ilə rəsmi olaraq müttəfiq oldular. İki ölkənin birgə hərbi təlimlər keçirməsi təbiidir və hər hansı bir ölkəyə qarşı deyil.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, Türkiyə və Türkmənistan Zirvə görüşündən sonra azərbaycanlı jurnalistlərin suallarına cavab olaraq bildirib.
“Bu, iki müttəfiq, qardaş ölkə arasında əməkdaşlığın təbii nəticəsidir. İstər birgə təlimlər, istər hərbi sənaye və ya digər sahələrdəki əməkdaşlığımız davam edərək daha da güclənəcək”, - Türkiyə XİN rəhbəri vurğulayıb.