Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Kəlbəcərdə baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

"Unikal" xəbər verir ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

xxx
20:13

Kəlbəcərdə mina partlayışı zamanı 4 mülki şəxsdən əlavə 2 nəfər hərbçi də minaya düşüb.

"Unikal" bu barədə oxu.az-a istinadən xəbər verir.

xxx

19:39

Kəlbəcərdə mina partlaması nəticəsində 1 nəfər ölüb.

"Unikal" xəbər verir ki, minaya düşən 4 nəfərdən biri hərbi qulluqçudur və o həkimlərin səylərinə baxmayaraq vəfat edib.

xxx

19:01

Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.