Qusar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Qusar-Xudat yolu ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Vəlibəyov Nizami Şövkət oğlunu "VAZ-2107" markalı avtomobil vurub.

Məlumata görə, N.Vəlibəyov aldığı xəsarətlərdən ölüb.

Onun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisəni törədərək ərazidən uzaqlaşan sürücünün kimliyi araşdırılır.