Gədəbəydə 23 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Dəyirmandağı kəndində qeydə alınıb. 1999-cu il təvəllüdlü Rövşanə Şadmanova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qadın xəstəxanaya çatırılsa da onun öldüyü məlum olub. Qeyd edək ki 23 yaşlı qadın ailəli olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov